AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda öldürülən müğənni bu aparıcının bacısıdır

  • + A
  • - A
  • 16-10-2023, 15:55

    Bakıda öldürülən müğənni bu aparıcının bacısıdır


    1985-ci il təvəllüdlü Yaqut Həşimova həyat yoldaşı 1984-cü il təvəllüdlü Anar Malik oğlu Həşimov tərəfindən öldürülüb.

    Yaqut Həşimova “Azəristar” yarışmasının iştirakçısı olub və şou-biznesdə Yaqut Nəriman kimi tanınır.

    Y.Nərimanı qətlə yetirməkdə şübhəli bilinən həyat yoldaşı Anar Həşimov onun xalası oğludur. Onlar 2013-cü ildə ailə həyatı qurublar və bir övladları var.

    Hadisə qısqanclıq zəminində törədilib. Respublika TV-nin redaktoru Ramilə Sultanın sosial şəbəkədə yazdığına görə A.Həşimov Y.Nərimanın başını kəsərək küçəyə atıb.

    A.Həşimov daha sonra polisə gedərək könüllü təslim olub. Sosial şəbəkədə yayılan məlumata görə qətlə yetirilən xanım Dünya TV-nin aparıcısı Şəlalə İsgəndərovanın bacısıdır.
    Azadmedia.az qeyd edir ki, Nizami rayon prokurorluğu da hadisə barədə məlumat yayıb. Məlumatda qeyd edilir ki, oktyabrın 16-da 1985 təvəllüdlü Yaqut Həşimovanın qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Araşdırma zamanı 1984-cü il təvəllüdlü Anar Həşimovun Nizami rayonu, Şərifli küçəsində birgə yaşadıqları mənzildə ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Yaqut Həşimovanı bıçaq xəsarətəri yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Anar Həşimov şübhəli şəxs qismində tutulub.

    Hazırda ibtidai istintaq davam edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR