AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Muğan Bank”ın rəhbər şəxsləri prokurorluğa çağırıldı

  • + A
  • - A
  • 23-10-2023, 17:12

    “Muğan Bank”ın rəhbər şəxsləri prokurorluğa çağırıldı

    Ötən həftə Mərkəzi Bankın qərarı ilə ləğv olunan “Muğan Bank” ASC -nin vəzifəli şəxsləri Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsinə çağırılıb.

    Bu barədə Gununsesi.info saytı məlumat yayıb.

    Bildirilib ki, “Muğan Bank”ın vəzifəli şəxsləri bu həftə ərzində adıçəkilən idarədə dindiriləcək.

    Qeyd edək ki, “Muğan Bank” “Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olması, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirməməsinə, habelə bankın daxili idarəetmə və nəzarət prosedurları adekvat olmadığı əsas gətirilərək ləğv edilib.

    ***

    “Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, bank rəhbərliyində təmsil olunan şəxslər daha əvvəl açılmış cinayət işi üzrə prokurorluğa çağırılıb.

    Mətbuatda “Muğan Bank”ın Mingəçevir filialının sabiq rəhbərinə qarşı cinayət işinin açılması barədə məlumat verilib. Həmçinin daha əvvəl də bankla bağlı oxşar xəbərlər yayılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR