Sumqayıtda evinə silahlı basqın olan şəxs Müsavat Partiyasının üzvü olub. Azadmedia.az xəbər verir ki, bu barədə partiya mənsubu Fərəc Kərimli yazıb. F.Kərimlinin bildirdiyinə görə bu gün səhər saatlarında Müsavat Partiyası Sumqayıt şəhər təşkilatının üzvü Dağbəyi Fərəcovun evinə silahlı hücum edilərək dəhşətli cinayət törədilib.
Dağbəyi Fərəcovun Corat bağları yaşayış massivində yerləşən evinə silahlı hücum nəticəsində Dağbəyi Fərəcov və onun qızı Suzana Karakaş güllə yaralarından vəfat edib. Suzana Fərəcovanın həyat yoldaşı Serkan Karakaş və anası Tərlan Fərəcova isə güllə yarası alıb.
Qonşuluqda yaşayan və sahə müvəkkili vəzifəsində çalışan Etibar Sarıyev və atası Mehman Sarıyev də səs-küyə çıxaraq qonşularına kömək etmək istəyərkən onlar da xəsarətlər alıblar. Mərhum musavatçı iş adamı olub və kafe işlədib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.