Gürcüstanın paytaxtında yerləşən klinikadan bir neçə məhbus qaçıb. Hadisə təxminən beş saat əvvəl bu gün baş verib.
Çərşənbə günü, noyabrın 1-də Tbilisidə bir neçə məhbus klinikadan qaçıb. Bu barədə Gürcüstan mətbuatı yazır.
Hadisə bu gün saat 13:00 radələrində Aversi klinikasında baş verib.
Məlumata görə, bir qrup məhbus müayinə olunmaq üçün ora gətirilib. Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.