Bu gün səhər saatlarında Binəqədi rayonu yeni yaşayış massivində evlərin birində qətl hadisəsi olub.
Bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 1986-cı il təvəllüdlü Xamoyeva Zülfiyyə Alim qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1981-ci il təvəllüdlü Qasımov Qədir Tahir oğlu saxlanılıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.