Noyabrın 3-ü səhər saatlarında Gilan əyalətinin Ləngrusd şəhərində narkomaniyadan əziyyət çəkənlərin müalicəsi mərkəzində güclü yanğın baş verib.
Bu barədə İran Təcili Yardım Mərkəzinin rəhbəri Babək Yektapərəst məlumat yayıb.
Yanğın nəticəsində 27 nəfər ölüb, 18 nəfər ağır yaralanıb, 5 nəfər itkin düşüb.
Yanğının səbəbləri barədə araşdırmaların aparıldığı bildirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.