AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yeniyetmə hasardan tullanarkən dəmir boru bədənini deşdi

  • + A
  • - A
  • 8-11-2023, 17:53

    Yeniyetmə hasardan tullanarkən dəmir boru bədənini deşdi

    01.01.2007-ci il təvəllüdlü Bayramlı Nofəl Saleh oğlu hasardan tullanarkən ciddi xəsarət alıb.

    Qobustan Rayon Mərkəzi Xəstəxanasında ilk yardım göstərildikdən sonra təcili tibbi yardım maşını ilə Abşeron Rayon Mərkəzi Xəstəxanasına transfer olunub.

    Xəstəyə Təcili tibbi yardım bölməsinin personalı tərəfindən zəruri xidmətlər göstərilib. Travmatoloq, uroloq, ümumi cərrah və reanimatoloqun konsultasiyası təşkil edilib, laborator-instrumental müayinələr aparılıb.

    Pasiyentə sağ sağrı nahiyəsinin qarın boşluğuna nüfuz edən deşilmiş yara diaqnozu qoyulub. Qan tədarükü görülüb və xəstə əməliyyata alınıb.

    Əməliyyat zamanı qarın boşluğu açılıb, tam təmizlənib, orqanlar və ətrafı təftiş edilib və dəmir parçası çıxarılaraq yerinə drenaj qoyulub.

    Əməliyyat uğurla başa çatıb. Hazırda pasiyentin vəziyyəti stabildir, müalicəsi davam etdirilir.

    Sizin sağlamlığınız bizim uğurumuzdur!





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR