AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu gün hava necə olacaq?

  • + A
  • - A
  • 28-07-2018, 10:55

    Bu gün hava necə olacaq?














    Azərbaycanda şənbə gününə gözlənilən hava proqnozu açıqlanıb.
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bu gün, iyulun 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

    Havanın temperaturunun Abşeron yarımadasında gecə 25-28, gündüz 32-37, Bakıda gecə 26-28, gündüz 35-37 dərəcə isti olacağı gözlənilir.

    Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-45 faiz təşkil edəcək.

    Abşeron çimərliklərində iyulun 28-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 27-28, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 28-29 dərəcə isti təşkil edəcək.
    Mülayim şimal-şərq küləyi və zəif dalğalanma çimərliklərdə əlverişli şərait yaradacaq.

    Azərbaycanın rayonlarında sabah hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturunun gecə 22-27, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

    Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 28-29-da Abşeron yarımadasında arabir durğun və bürkülü hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR