AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sabah səhər geomaqnit qasırğası olacaq

  • + A
  • - A
  • 22-01-2024, 11:17

    Sabah səhər geomaqnit qasırğası olacaq

    22-27 yanvar tarixləri üçün Günəş fəallığının aşağı səviyyədə qalacağı, əsasən M sinif və kiçik ehtimalla X sinif alışmaların olacağı proqnozlaşdırılır.​

    Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, Günəş küləyi parametrləri yanvarın 22-də normal səviyyədə olacaq. Yanvarın 20-də baş vermiş tac kütlə atılması hesabına 22-23 yanvar tarixlərində Günəş küləyi parametrləri nisbətən artacaq. Yanvarın 24-dən bu parametrlər yenidən normal fon səviyyəsinə düşəcək. ​

    Yanvarın 22-dən 23-nə keçən gecə, yanvarın 23-ü isə əsasən səhər saat 06:00 – 12:00 radələrində orta enliklərdə G1 (mülayim), qısa fasilələrlə G2 (orta) səviyyəli geomaqnit qasırğası proqnozlaşdırılır. Yanvarın 23-də günortadan sonra və sonrakı tarixlərdə geomaqnit sahəsi sakit və normal səviyyədə olacaq. Maqnit qasırğasının loqarifmik indeksini xarakterizə edən Kp əmsalının orta qiyməti 22-27 yanvar tarixləri üçün 2-5 intervalında dəyişəcək.​


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR