AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı Polisi şəhid ailələrinin yanında

  • + A
  • - A
  • Bu gün, 18:00

    Masallı Polisi şəhid ailələrinin yanında

    Yeni tədris ili ərəfəsində Masallı Rayon Polis Şöbəsinin əməkdaşları şəhid ailələrini ziyarət ediblər.

    Polis rəisi cənab Azay Ağayevin tapşırığı ilə həyata keçirilən görüşdə ailələrin qayğıları dinlənilib, məktəbə başlayan övladlara ləvazimatlar təqdim olunub.

    Bu addım dövlətin şəhid ailələrinə göstərdiyi qayğının daha bir nümunəsi kimi qiymətləndirilir.
    Masallı RPŞ rəhbərliyi ailələrin yanında olmaqla onların gündəlik həyatına dəstək verməyi mənəvi borc sayır.

    Polis əməkdaşlarının bu təşəbbüsü həm də dövlət başçısının şəhid ailələrinə diqqət və qayğısının yerli səviyyədə davamı kimi dəyərləndirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR