AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qətl törədib, könüllü təslim oldu

  • + A
  • - A
  • 24-01-2024, 11:50

    Qətl törədib, könüllü təslim oldu

    Yanvarın 24-də saat 10:30 radələrində paytaxtın Nizami rayonunda küçələrin birində 1991-cı il təvəllüdlü Məmmədov Nurlan Kərəm oğlunun kəsimiş-deşimiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

    DİN-in mətbuat xidmətindən Azadmedia.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Hüseynov Əhməd Balaəli oğlu könüllü polisə gələrək cinayət hadisəsini onun törətdiyini bildirib.

    İlkin məlumata görə cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

    Araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR