AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gəminin burun hissəsinə su doldu, sərnişinlər xilas edildi

  • + A
  • - A
  • 26-01-2024, 23:14

    Gəminin burun hissəsinə su doldu, sərnişinlər xilas edildi

    "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin məlumatı

    Bu gün saat 21:00 radələrində sahildən 30 km aralıda, Xəzər dənizinin Bulla rayonu ərazisində “PS 173” sərnişin gəmisində heyət gəminin burun hissəsinə su dolduğunu görüb. Dərhal təhlükəsizlik tədbirlərinin görülməsi üçün ASCO-nun dispetçer xidmətinə məlumat verilib. Yaxınlıqda olan “Qobustan”, “Qız Qalası” sərnişin gəmiləri hadisə yerinə gəlib. Heyət üzvləri və sərnişinlər bu gəmilərə təxliyə ediliblər.

    Hazırda 7 nəfər gəmi heyəti üzvü və 25 sərnişinin həyatı üçün hər hansı təhlükə yoxdur. "PS 173” gəmisi isə hadisə ərazisinə gələn “Caspian Spirit” gəmisi vasitəsilə yedəyə alınaraq sahilə doğru istiqamət götürüb.

    Gəmidə baş verən hadisənin səbəbləri dəqiqləşəndən sonra daha ətraflı məlumat veriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR