Sulutəpə ərazi vahidinə daxil olan Çiçək qəsəbəsində sərnişin avtobusunun təkəri çıxıb. Avtobus yolun ortasında qalıb, sərnişinlər piyada getməyə məcbur qalıb. Sakinlərin Azadmedia.az-a verdiyi məlumata görə avtobus kəndin əsas giriş yolunu kəsdiyindən maşınlar məcbur alternativ uzaq və daha bərbad olan yollarla gedib-gəlməyə məcbur olub.
Görünən odur ki, xəttə buraxılmadan avtobuslara texniki baxış başdansovdu aparılır. Söhbət şəxsi avtomobildən yox, onlarla sərnişinin həyatına cavabdehlik məsuliyyətindən gedir.
Qeyd edək ki, hadisə dünən axşam baş versə də, sakinlərin bildirdiyinə görə nə avtobusu təmir edən var, nə də yoldan götürən.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.