Oteldə qızla əylənən özbəyin 1000 dollarını oğurladılar
Bakıda yerləşən otellərin birində xarici vətəndaşın pulu oğurlanıb.
Səbail rayonu, Vidadi küçəsi 120-də ünvanında Özbəkistan vətəndaşı olan Uranbay Turabovun Sabirabad oteldə 1000 ABŞ dollar pulu oğurlanıb. Zərərçəkmiş müvəqqəti yaşadığı ərazi üzrə 39-cu Polis Bölməsinə müraciət edib.
Faktla bağlı 39-cu Polis Bölməsində təhqiqat araşdırmalarına başlanılıb, əcnəbinin izahatı alınıb. Məlum olub ki, Uranbay Turabovun pulu oteldə qızla əylənən zaman oğurlanıb. Belə ki, işkili vəziyyətdə olan özbək yuxuya gedib və oğurluq da bu zaman baş verib.