30.01.2024-cü il tarixində Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin 2-ci kurs tələbəsi Nəcəfzadə Xumar Uqab qızı imtahandan sonra halı pisləşib və dünyasını dəyişib. Mərhumun ailəsi tərəfindən verilən məlumata əsasən o, əvvəllər baş ağrıları və narahatlıq yaşayıb.
Hadisə ilə bağlı Ağdam Rayon Prokurorluğu tərəfindən araşdırılma aparılır.
Allahdan mərhuma rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.