Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən Kürdəmir rayon sakini 1968-ci il təvəllüdlü Pünhan İmanov saxlanılıb. Ondan 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 7 ədəd patron aşkar olunaraq götürülüb. Faktla bağlı istintaq tədbirləri davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.