Azadmedia.az qatar vuran qadının vəziyyəti ilə bağlı mətbuat üçün məlumatı təqdim edir:
1970-ci il təvəllüdlü şəxs (qadın cinsli) 05.02.2024-cü il tarixində saat 08:55 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub. Ona döş qəfəsi, qarının küt travması, qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, sifətin sağ yarısının əziyi, sıyrılmış yarası, sağtərəfli 3.4.5.6.7.8.9 -cu qabırğaların qapalı yerdəyişən sınığı diaqnozları qoyulub. Hazırda tibb müəssisəsinin Travmatologiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.