AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

3 məktəblini maşın vurdu - Ölənlər var

  • + A
  • - A
  • 8-02-2024, 15:43

    3 məktəblini maşın vurdu - Ölənlər var

    Fevralın 8-də Zaqatala rayonu Göyəm kənd tam orta məktəbinin 5-ci sinif şagirdləri olan İbrahimzadə İbrahim Əziz oğlu, İsayev Ramazan Babək oğlu və Permadov Kamal Elçin oğlunu dərs məşğələləri qurtardıqdan sonra evə qayıdarkən yolda avtomobil vurub.

    Məktəblilərdən ikisi - İsayev Ramazan Babək oğlu və Permadov Kamal Elçin oğlu elə hadisə yerindəcə dünyasını dəyişiblər. İbrahimzadə İbrahim Əziz oğlu isə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyəti ağır olaraq qalır.

    Şəki-Zaqatala Regional Təhsil İdarəsinin rəhbərliyi Azadmedia.az-a faktı təsdiqləyib. Regional idarə və kollektivi dünyasını dəyişmiş məktəblilərə Allahdan rəhmət və əzizlərinə səbr, xəsarət alan məktəbliyə isə şəfa diləyir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR