Xəzər dənizində 3,9 bal gücündə zəlzələ baş verib. Bu barədə AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Məlumata görə, yeraltı təkanlar fevralın 9-da saat 05:49-da Qala stansiyasından 145 km şərqdə qeydə alınıb.
Zəlzələnin ocağı 62 km dərinlikdə yerləşib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.