1 manat “çay” pulu üstündə 7 nəfər tərəfindən döyüldü – Azərbaycanda
Sumqayıtda kafedə kütləvi dava olub.
Minval.İnfo saytına bu barədə şəhər sakinləri məlumat veriblər. Onların sözlərinə görə, hadisə “Dostlar” kafesində baş verib.
Sumqayıt şəhər sakini Vəliyev Həsən “Dostlar”kafesində 7 nəfərin hücumuna məruz qalıb. Hadisəyə səbəb kimi 1 manat çay pulunun verilməməsi göstərilir. 55 yaşlı kişi münaqişə zəminində xəsarət alaraq xəstəxanaya çatdırılıb. Vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.