AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şəkidə icarəyə götürdükləri avtomobillə xırdabuynuzlu heyvanları oğurlayan şəxslər saxlanılıb

  • + A
  • - A
  • 24-05-2024, 08:36

    Şəkidə icarəyə götürdükləri avtomobillə xırdabuynuzlu heyvanları oğurlayan şəxslər saxlanılıb

    Şəki Şəhər Rayon Polis Şöbəsinə rayonun Qoxmuq, İnçə və Köndələn kəndlərində sakinlərə məxsus xırdabuynuzlu heyvanların oğurlanması barədə məlumat daxil olub.
    Daxil İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, zərərçəkmişlərdən daxil olmuş müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı oğurluqları törədən Elmin Qasımov, İzzət Sarızadə və Fazil Qasımov saxlanılıb. Onların paytaxtdan Şəkiyə gələrək otlaq sahələrindən ayrı-ayrı şəxslərə məxsus ümumilikdə 21 baş xırdabuynuzlu heyvanı oğurladıqları və icarəyə götürdükləri avtomobillə Bakı şəhəri, eləcə də Zaqatala rayonuna apararaq orada satdıqları məlum olub.
    Araşdırmalarla saxlanılan şəxslərin Ağsu, Göyçay, Zaqatala və Balakən rayonlarında da analoji üsulla daha 11 baş heyvan oğurladıqları müəyyən edilib.
    Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR