AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Lənkəranda axundun qardaşı bıçaqlandı

  • + A
  • - A
  • 17-09-2018, 09:25

    Lənkəranda axundun qardaşı bıçaqlandı














    Axşam saatlarında Lənkəran rayonunda bıçaqlanma olub.

    “Report” məlumatına görə, hadisə Liman şəhərinin “Sovxoz” adlanan ərazisində qeydə alınıb.

    Qonşuların sözlərinə görə, mal-qara örüşdən qayıdan zaman heyvanları qarşılamağa gedən 1974-cü il təvəllüdlü Əliyev Yusif Əli oğlu qonşusu ilə mübahisəsi edib. Mübahisəyə Y.Əliyevin iribuynuzlu heyvanlarının qonşuya məxsus əraziyə keçməsi səbəb olub. Mübahisə zamanı qonşu Y.Əliyevə bir neçə bıçaq zərbəsi vurub. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

    Vurulan şəxs Liman şəhərinin axundunun qardaşıdır.

    Faktla bağlı araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR