“Liverpul”da Məhəmməd Salah krizi : “Mən bir yəhudi ilə eyni komandada oynamaram”
İngiltərənin “Liverpul” futbol klubunun misirli futbolçusu Məhəmməd Salah, klubunun israilli futbolçu Munas Dabbur ilə maraqlanmasına qarşı çıxıb.
Avropa.info xəbər verir ki, bu haqda İsrailin “Jerusalem Post” qəzeti məlumat yayıb.
Məlumata görə, “Liverpul”un israilli futbolçu ilə maraqlandığını eşidən Salah “mən bir yəhudi ilə eyni komandada oynamaram” deyərək, klub rəsmiləri qarşısında qəti tələb qoyub.
Salahın yaxın çevrəsinin təcrübəli oyunçunun bu çıxışına reaksiya verdikləri bildirilir. “Sən professional futbolçusan. Vəzifən futbol oynamaqdır, komandanın nə edəcəyi sənin işin deyil” – Salahın yaxınlarının belə dediyi qeyd olunur.
Qed edək ki, Məhəmməd Salah “Bazel” klubunun formasını geydiyi vaxtlarda İsrail komandası “Tel-Əviv”lə maçtda ona əl uzadan israilli futbolçu ilə görüşməmişdi.