AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

UEFA Çempionlar Liqası: "Qarabağ"ın əsas mərhələdəki rəqibləri bu gün müəyyənləşəcək

  • + A
  • - A
  • Bu gün, 09:31

    UEFA Çempionlar Liqası: "Qarabağ"ın əsas mərhələdəki rəqibləri bu gün müəyyənləşəcək


    Bu gün Monakoda UEFA Çempionlar Liqasının əsas mərhələsinin püşkatma mərasimi keçiriləcək.

    Bakı vaxtı ilə saat 20:00-da təşkil olunacaq tədbirdə Azərbaycan çempionu "Qarabağ"ın da rəqibləri müəyyənləşəcək.

    Püşkatmadan öncə əsas mərhələdə iştirak edəcək 36 komanda 4 səbətə bölünüb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv IV səbətdə yer alıb.

    I səbət

    PSJ (Fransa), "Real" (İspaniya), "Mançester Siti" (İngiltərə), "Bavariya" (Almaniya), "Liverpul" (İngiltərə), "İnter" (İtaliya), "Çelsi" (İngiltərə), "Borussiya" (Dortmund, Almaniya), "Barselona" (İspaniya)

    II səbət 

    "Arsenal" (İngiltərə), "Bayer 04" (Almaniya), "Atletiko" (İspaniya), "Benfika" (Portuqaliya) "Atalanta" (İtaliya), "Vilyarreal" (İspaniya), "Yuventus" (İtaliya), "Ayntraxt" (Frankfurt, Almaniya), "Brügge" (Belçika)

    III səbət 

    "Tottenhem" (İngiltərə) PSV (Niderland), "Ayaks" (Niderland), "Napoli" (İtaliya), "Sportinq" (Portuqaliya), "Olimpiakos" (Yunanıstan), "Slaviya" (Çexiya), "Budyo Qlimt" (Norveç), "Marsel" (Fransa)

    IV səbət 

    "Kopenhagen" (Danimarka), "Monako" (Fransa), "Qalatasaray" (Türkiyə), "Yunion" (Belçika), "Qarabağ" (Azərbaycan), "Atletik" (İspaniya), "Nyukasl" (İngiltərə), "Pafos" (Kipr), "Kayrat" (Qazaxıstan)

    Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunun oyunları sentyabrın 16-18-də keçiriləcək. Son tuun görüşləri 2026-cı il yanvarın 28-də baş tutacaq. 

    Pley-off mərhələsinə fevralın 17-18-də start veriləcək. UEFA Çempionlar Liqasında 2025/2026 mövsümünün qalibi mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə baş tutacaq final matçından sonra müəyyənləşəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR