AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ronaldonu görən məşhur bloqer göz yaşlarını saxlaya bilmədi

  • + A
  • - A
  • Dünən, 23:42

    Ronaldonu görən məşhur bloqer göz yaşlarını saxlaya bilmədi


    Portuqaliya millisinin və Cristiano Ronaldo ulduzu Kriştianu Ronaldo məşhur belçikalı bloqer Celine Dept ilə görüşüb.

    85 milyondan çox izləyicisi olan sosial media fenomeni Ronaldonu yaxından görəndə emosiyalarını cilovlaya bilməyib. Futbolçu ona yaxınlaşdıqdan sonra Celine Dept Ronaldoya sarılıb və sevinc göz yaşları töküb.

    Bloqer daha sonra sosial şəbəkə hesablarında paylaşım edərək bu görüşün onun üçün unudulmaz olduğunu bildirib:

    “Bunun həqiqətən baş verdiyinə inana bilmirəm. Bu günü heç vaxt unutmayacağam. Ronaldo, sənin xoş münasibətinə görə təşəkkür edirəm. Portuqaliyaya da səmimi qəbula görə minnətdaram”, – deyə o yazıb.

    Celine Dept-in hazırda Instagram-da 6,4 milyon, YouTube-da 59,7 milyon, TikTok-da isə 20 milyona yaxın izləyicisi var.

    Qeyd edək ki, Ronaldo və Portuqaliya millisi dünya çempionatındakı növbəti oyununu iyunun 17-də Konqo Demokratik Respublikasına qarşı keçirəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR