ÇİN YENİ RABİTƏ PEYKİNİ ORBİTƏ BURAXIB

Çin yeni kommunikasiya texnologiyalarının sınağı üçün nəzərdə tutulan peyki uğurla orbitə buraxıb. Buraxılış Haynan əyalətində yerləşən Vençan kosmodromundan Pekin vaxtı ilə saat 15:30-da həyata keçirilib. “Long March-5” (“Çançjen-5”) daşıyıcı raketi peyki müəyyən edilmiş orbitə çıxarıb.
Məlumata görə, peyk əsasən çoxzolaqlı və yüksəksürətli rabitə texnologiyalarının sınaqdan keçirilməsi üçün istifadə olunacaq. Layihənin gələcək peyk rabitəsi və məlumat ötürmə imkanlarının inkişafına töhfə verəcəyi bildirilir.
Qeyd edək ki, bu uçuş “Çançjen” raketlər ailəsinin tarixində 650-ci missiya kimi qeydə alınıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.