Mayın 29-da Bakıda ilk dəfə UEFA İcraiyyə Komitəsinin iclası keçirildiyini xəbər vermişdik.
Həmin iclasda Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi Elxan Məmmədov UEFA-nın Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinin sədri vəzifəsinə seçilib.
Bununla bağlı UEFA-dan AFFA-ya rəsmi məlumat daxil olub.
Xatırladaq ki, E. Məmmədov 2008-ci ildən etibarən sözügedən komitədə sədr müavini vəzifəsində çalışırdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.