“APOEL-in gücü hər kəsə məlumdur. Hesab edirəm ki, bu haqda ətraflı danışmağa ehtiyac yoxdur”.
Bunu Azərbaycan çempionu “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
O, Çempionlar Liqasının III təsnifat mərhələsinin sabah keçiriləcək APOEL-lə ilk matçına həsr olunan mətbuat konfransında görüş barədə fikirlərini açıqlayıb: “Ötən mövsümə nisbətən rəqibin heyətində ciddi dəyişikliklər olub. Bəzən belə məqamlarda bu dəyişikliklər komandanın xeyrinədir. Çünki komandanın ötən mövsümkü heyətini analiz etdikdə bu mövsüm oyunlarda sürprizlərlə qarşılaşa bilərsən. Rəqibin heyətində sürətli, təhlükəli futbolçular kifayət qədərdir. Ona görə kimisə fərqləndirmək istəməzdim. Biz də çalışıb diqqətli oynamalıyıq, səhvlərə yol verməməliyik. Rəqibin azarkeşləri çox çılğındırlar, sayları az olsa belə stadionu dolu göstərməyə çalışacaqlar. Təbii ki, dolu azarkeşlər önündə oynamaq xoşdur, amma biz yalnız meydana konsentrasiya olmalıyıq”.
Qeyd edək ki, Kiprin Nikosiya şəhərindəki GSP stadionunda baş tutacaq APOEL – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.