“Qarabağ”ı çox yaxşı tanıyıram. APOEL-ə də kifayət qədər bələdəm”.
Bunu “Qarabağ”ın sabiq futbolçusu Dino Ndlovu deyib.
Hazırda karyerasını Çinin “Qrintaun” klubunda davam etdirən hücumçu Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ” – APOEL (Kipr) matçı barədə fikirlərini açıqlayıb. Vaxtilə Kiprin “Anortosis” klubunda da oynamış D.Ndlovu hər iki komandanı tanıdığını və şansları bərabər saydığını qeyd edib: “Düzdür, hər iki komandanın bugünkü durumu barədə dəqiq məlumatım yoxdur. Lakin mərhələ keçmək şanslarını 50-nin 50-yə hesab edirəm. Bu matç böyük maraq kəsb edir. Hər iki komanda nəyin bahasına olursa olsun, Çempionlar Liqasının pley-offuna düşmək istəyir”.
Qeyd edək ki, “Qarabağ”la APOEL arasında ilk oyun sabah Nikosiyada baş tutacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.