Robert Prosineçkinin kirayə qaldığı evin sahibi borcunu istəyir
Serbiyanın “Srvena Zvezda” klubunun hesabları bağlanılıb. “Qafqazinfo” rtvbn.com-a saytına istinadən xəbər verir ki, bu Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin adının qalmaqalda hallanmasına səbəb olub.
Belə ki, xorvat mütəxəssisin Belqrad klubunda oynayarkən qaldığı evin kirayəsinin ödənilməyib. Prosineçkinin 2011-2012-ci ildə qaldığı evin sahibi 37 min avro tələb edir.
“Srvena Zvezda” klubunun maliyyə direktoru Stefan Pantoviç bildirib ki, bu borc tezliklə ödəniləcək.