Millimizin üzvü üçün erməni baş məşqçi
Millimizin üzvü Pavel Paşayevin çıxış etdiyi Ukraynanın "Stal" klubunun gələcək taleyinə aydınlıq gəlib
Ukrayna mətbuatına istinadən yaydığı xəbərə görə, komanda Premyer Liqada qalacaq.
Klub rəhbərliyi keçirdiyi iclasda bununla bağlı qərar verib.
Komandanı isə erməni məşqçi çalışdıracaq. "Stal"ın prezidenti Vardan İsraelyan baş məşqçi vəzifəsinə həmyerlisi Yeqişe Melikyanı gətirib.
Qeyd edək ki, Paşyevin "Stal"dan ayrılması gündəmdədir. (Qol.az)