19-23 mayda Xorvatiyanın Poreç şəhərində keçiriləcək karate və para karate üzrə Avropa çempionatında millimizin heyətinin çox hissəsinə aydınlıq gəlib.
Azərbaycanın 12 idmançısının Adriatik dənizinin sahilində keçiriləcək qitə birinciliyində iştirakı artıq rəsmiləşib.
Kişilərin kumite yarışında 60, 67 və 84 kq-da kimlərin mübarizə aparacağı hələ ki dəqiqləşməyib.
Kata (fərdi): Neda Rezai, Roman Heydərov
Kata (komanda): Rövşən Əliyev, Tural Balcanlı, İsmayıl Quliyev
Kumite (qadınlar): Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (-61 kq), İrina Zaretskaya (-68 kq), Fəridə Əliyeva (+68 kq)
Kumite (kişilər): Rafael Ağayev (-75 kq), Asiman Qurbanlı (+84 kq).
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.