Çiro İmmobile 88-ci dəqiqədə İtaliyanın üçüncü qolunu vurdu. Bu onun AVRO-2020-də ikinci qolu olub. Bununla da İtaliya millisi İsveçrəyə 3:0 hesabı ilə qalib gəlib və altı xalla vaxtından əvvəl 1/8 finala vəsiqəni təmin edib.
00:13
“Milan”ın sabiq yarımmüfiəçisi Manuel Lokatelli dublunu rəsmiləşdirdi. O, bu dəfə 26-cı dəqiqədə fərqləndi.
00:06
Oyunda ikinci hissə gedir. İtaliya 1:0 qalib gəlir
23:27
A qrupunun Romada keçirilən Italiya – İsveçrə oyununda hesab açıldı.
Azadmedia.Az xəbər verir ki, Domeniko Berardinin məhsuldar ötürməsindən sonra Manuel Lokatelli 26-cı dəqiqədə hesabı açdı.
Roma Olimpiya Stadionunda keçirilən görüş üçün komandalar meydana bu taktiki düzülüş və heyətlə çıxıb.
İtaliya (4-3-3): Canluici Donnarumma, Di Lorentso, Bonuççi, Kyellini (kapitan), Spinatsola, Barella, Jorjinyo, Lokatelli, Berardi, İmmobile, İnsinye
İsveçrə (3-2-3-2): Zomer, Akanji, Şer, Elvedi, Caka (kapitan), Froyler, Rodriqes, Şakiri, Mbabu, Embolo, Seferoviç
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.