AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Qarabağ"ın rəqibi ciddi itki ilə üzləşdi

  • + A
  • - A
  • 14-08-2017, 10:12

    "Qarabağ"ın rəqibi ciddi itki ilə üzləşdi














    UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"la qarşılaşacaq Danimarkanın "Kopenhagen" klubu ciddi itki ilə üzləşib.

    Komanda.az bildirir ki, paytaxt təmsilçisi ölkə çempionatının son turunda "Horsens"lə ev oyununda (1:1) zədələnən Erik Yohanssonun xidmətindən məhrum olub. Ağır zədə alan futbolçu matçın 74-cü dəqiqəsində əvəzlənmişdi. Artıq tibbi müayinədən keçən mərkəz müdafiəçisinin uzun müddət komandasına kömək edə bilməyəcəyi dəqiqləşib. Yohanssonun "Qarabağ"la görüşlərdə də meydana çıxmayacağı dəqiqdi.

    "Qarabağ"la "Kopenhagen" arasında ilk oyun avqustun 15-də Bakıda, cavab matçı isə avqustun 23-də Danimarkada keçiriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR