AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallılı şahmatçı beynəlxalq usta normasını yerinə yetirib - FOTO

  • + A
  • - A
  • 22-02-2023, 15:15

    Masallılı şahmatçı beynəlxalq usta normasını yerinə yetirib - FOTO


    Masallılı şahmatçı beynəlxalq usta normasını yerinə yetirib.

    Kişi və qadın şahmatçılar arasında Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb. Ölkə çempionatında beynəlxalq usta normasını yerinə yetirən Nərmin Abdinovaya müvafiq sertifikat verilib.

    Azadmedia.az bildirir ki, Nərmin ötən il “Azərbaycan - 1” yığması tərkibində Naxçıvanda keçirilən FİDE-16 Ümumdünya Şahmat Olimpiadasının (komanda üçüncü yer, dördüncü stolda qızıl medal) qızıl medalını qazanıb, Dağıstan Respublikasının paytaxtı Mahaçqalada görkəmli dövlət və elm xadimi Əziz Əliyevin xatirəsinə həsr olunan uşaqlar arasında şahmat turnirində birinci yeri tutub.
    Nərmin Yusif qızı Abdinova 2008-ci ildə Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. O, bu vaxtacan bir sıra idman uğurlarına nail olub. Müxtəlif vaxtlarda Bakı şəhər (2018, 2019) və Azərbaycan (2018, 2019, 2021, 2022) birinciliklərinin qalibi, 14 yaşadək qızlar arasında Avropa çempionatının (2021) birincisi, dünya çempionatının (2022) beşincisi, bu il Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində MDB ölkələri arasında dünya çempionu Mixail Botvinnik kuboku uğrunda keçirilən şahmat yarışında Azərbaycan yığması tərkibində gümüş medal mükafatçısı olub.

    Akif AĞAYEV


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR