AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Arda Turan xanımına ayaqlarını yudurdub? — Futbolçu açıqlama verməyə məcbur oldu

  • + A
  • - A
  • 9-04-2018, 10:10

    Arda Turan xanımına ayaqlarını yudurdub? — Futbolçu açıqlama verməyə məcbur oldu













    Türkiyə millisinin və Başakşehir klubunun futbolçusu Arda Turan paylaşdığı fotoya görə tənqid atəşinə tutulub.
    O, instaqram sosial şəbəkəsində “stoty” bölümündə xanımı Aslıhan Doğanın ayaqlarını dəsmalla sildiyi yerdə fotosunu paylaşıb və “yeni fizioterapevtim” deyə qeyd edib. Onun bu fotosu Aslıhanın Ardanın ayaqlarını yuması kimi başa düşülüb və müzakirələrə yol açıb. Futbolçu fotosu ilə bağlı açıqlama yayıb və xanımına ayaqlarını yudurtmadığını deyib:
    “Dizimə buz qoymuşam, ona kömək edir. Buna görə də xanımıma fizioterapevtim deyirəm...Ayağım da buz ilə dolu vedrənin içərisindədir. Zarafat, gülmək, əyləncə bəs? Baxdığımızı nə zamandan etibarən görməz olduq?! Nə ayaq yudurtması?.. Allah ağıl versin. Belə məqamda “Allah şəfa versin” deyərlər”.


    Arda Turan xanımına ayaqlarını yudurdub? — Futbolçu açıqlama verməyə məcbur oldu


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR