AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə ilə Azərbaycan arasında viza rejimi ləğv ediləcək

  • + A
  • - A
  • 25-07-2019, 15:15

    Türkiyə ilə Azərbaycan arasında viza rejimi ləğv ediləcək

    Türkiyə ilə Azərbaycan arasında tətbiq olunan viza rejimi sentyabrın 1-dən ləğv ediləcək.

    APA-nın NTV-yə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

    O, bu il sentyabrın 1-dən etibarən Azərbaycana gələcək Türkiyə vətəndaşlarının viza almayacaqlarını qeyd edib.

    Azərbaycan diplomatik mənbələri də APA-ya məlumatı təsdiqləyib. Bildirilib ki, sentyabrın 1-dən etibarən Türkiyə vətəndaşları Azərbaycana vizasız səfər edə biləcəklər. Türkiyə vətəndaşlarının Azərbaycanda vizasız qalma müddətləri 30 gün müəyyənləşdirilib.

    Qeyd edək ki, Türkiyə tərəfi Azərbaycan vətəndaşları viza rejimini təktərəfli şəkildə 2007-ci ildə ləğv edib. Hazırda Azərbaycan vətəndaşlarının da Türkiyədə vizasız qalma müddəti 30 gündür.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR