Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən mart ayı üzrə pensiyaların ödənişi başa çatdırılıb.
Nazirlikdən verilən məlumata görə, martın 5-dən başlayaraq əvvəlcə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, martın 16-da isə bölgələr üzrə, eləcə də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları ödənilib.
Vətəndaşlar pensiyalarını onlara verilmiş kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.