"Azərenerji"nin SOCAR-a 254 milyon manat borcu var
2017-ci ilin yanvarın 1-nə "Azərenerji" ASC-nin SOCAR-dan əldə etdiyi yanacağa görə borc öhdəliyi 254 mln. manat təşkil edir.
"Qaynarinfo" xəbər verir ki, bu barədə SOCAR-ın 2016-cı il üzrə konsolidə olunmuş maliyyə hesabatında deyilir.
2016-cı ilin yanvarın 1-nə bu rəqəm 312 mln. manat olub. Beləliklə, ötən il ərzində "Azərenerji"nin SOCAR-a olan borcu 58 mln. manat azalıb.