Hökumət dəyişiklik etdi - Maliyyə Bazarlarına Nəzarət Palatasının səlahiyyətləri artırıldı
Maliyyə Bazarlarına Nəzarət Palatası öz səlahiyyətləri daxilində "Fərdi məlumatların mühafizəsinə dair Tələblər”in icrasına nəzarət həyata keçirəcək
Nazirlər Kabineti bununla bağlı "Fərdi məlumatların mühafizəsinə dair Tələblər”in təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.
İndiyə qədər belə səlahiyyət "Fərdi məlumatların mühafizəsinə dair Tələblər”in icrasına nəzarət öz səlahiyyətləri daxilində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti və Xüsusi Dövlət Mühafizə Xidmətinə məxsus olub.
Digər dəyişikliyə əsasən fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsi sahəsində fəaliyyət göstərən fiziki şəxslərdən fəaliyyət müddətində və işdən çıxdıqdan sonra həmin məlumatların yayılmaması barədə yazılı iltizamın alınması fərdi məlumatlar işlənilən informasiya sistemləri qarşısında qoyulan əsas təhlükəsizlik tələbləri sırasından çıxarılıb.