AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ləki-Qəbələ qatarı ilk dəfə yola düşüb

  • + A
  • - A
  • 18-05-2021, 10:46


    Azadmedia.az-ın məlumatına görə, mayın 18-də Ləki-Qəbələ stansiyası ilə tanışlıq məqsədi ilə jurnalistlər üçün media-tur təşkil olunub.

    Bakı-Qəbələ qatarının sürəti saatda 135 kilometrdir.

    Ləki stansiyası–Qəbələ birxətli dəmir yolunun tikinti işlərinə 2018-ci ildə başlanılıb. Dəmir yolu xətti ox üzrə 42.3 km, yan yollarla birlikdə isə 44.5 km təşkil edir. Ləki stansiyası – Qəbələ birxətli dəmir yolu xətti çətin dağlıq relyefdə layihələndirildiyinə görə torpaq yatağı yüksək qazma (90m) və tökmələrdən (12m) keçir. Ümumilikdə layihə üzrə 122 ədəd (o cümlədən 7 körpü, 1 yolötürücü, 6 avtomobil alt keçidi, 2 heyvan keçidi və 106 suötürücü boru) suni mühəndisi qurğunun, Ağdaş dəmiryolu dayanacağı, Qəbələ dəmiryolu stansiyası, Qəbələ dartı yarımstansiyasının tikintisi və Hacıalı yarımstansiyasının təmiri işləri aparılıb.

    Bakıdan Qəbələyədək dəmir yolu xətti 311 km, qatarın yolda olma müddəti 3 saat 20 dəq. təşkil edir. Dəmir yolu xəttində İsveçrənin “Stadler Rail Group” şirkətinin istesalı olan dördvaqonlu ikimərtəbəli sürət qatarından istifadə olunacaq. Qatar standart, biznes və birinci klass vaqonlardan ibarətdir. Vaqonlardakı yerlərin ümumi sayı 363-dür, bunlardan 293-ü standart, 61-i biznes, 9-u isə birinci klass yerlərdir.

    Yağış sularının kənarlaşdırılması və torpaq yatağının dayanıqlığını təmin etmək məqsədi ilə 16855 paqon metr beton qanov, 430 paqon metr drenaj xətti və 277 paqon metr olan istinad divarının tikintisi tamamlanıb.

    Dəmir yoluna paralel olaraq layihə üzrə 10kV-luq sərbəst yan qidalandırıcı elektirik verilişi xətti və kontakt şəbəkə quraşdırılıb. Həmçinin rabitə və işarəvermə işləri istismara hazır vəziyyətə gətirilib.

    Sürətli qatarın təhlükəsizliyini təmin etmək üçün dəmir yolunun təhkim zolağı boyunca 84600 paqon metr metal hasarın quraşdırılıb.

    Dəmir yolu istismara hazır vəziyyətdədir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR