AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İşəgötürənlər İttifaqları Beynəlxalq Koordinasiya Şurasının iclası keçirilib

  • + A
  • - A
  • 23-06-2021, 11:11


    İşəgötürənlər İttifaqları Beynəlxalq Koordinasiya Şurasının Iclası Keçirilib
    İyunun 21-də İşəgötürənlər İttifaqları Beynəlxalq Koordinasiya Şurasının iclası keçirilib. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevin iştirak etdiyi iclas “Covid-19 pandemiyasının nəticələrinin yumşaldılmasında sosial tərəfdaş kimi işəgötürən təşkilatlarının rolu” mövzusuna həsr edilib.

    Görüşü Latviya İşəgötürənlər Konfederasiyasının Prezidenti (LDDK) Vitalijs Gavrilovs açaraq iştirakçı dövlətlərdə hazırkı vəziyyət və koronavirus pandemiyası ilə əlaqədar dünyadakı iqtisadi inkişaf proqnozları barədə məlumat verib. LDDK-nin AB və beynəlxalq məsələlər üzrə müşaviri, Baş direktorun müavini Inese Stepiņa dayanıqlı inkişaf, böhran strategiyası ilə bağlı təqdimat edib.

    Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov çıxışında koronavirus pandemiyası dövründə hökumətin biznesə dəstək tədbirləri və işğaldan azad olunan Qarabağ torpaqlarında aparılan quruculuq işləri, böyük qayıdışa hazırlıq barədə iştirakçıları məlumatlandırıb.

    Sonra 2022-ci il üçün ICCEU-nun dönəm sədrliyi müzakirə edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR