AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanın ən böyük xarici sərmayəçisi – bp...

  • + A
  • - A
  • 8-08-2017, 10:24

    Azərbaycanın ən böyük xarici sərmayəçisi – bp...














    Azərbaycan Dövlət Neft Şirkəti ARDNŞ Türkiyənin ən böyük xarici sərmayəçilərindəndir. Belə ki, SOCAR Türkiyədəki layihələrə 12.6 milyard dollar xərcləyib.

    “SOCAR Turkey Enerji A.Ş.”-nin xarici əlaqələr üzrə rəhbəri Murad LeCompte şirkət Türkiyədə investisiyalara 2008-ci ildə başladığını bildirib. Şirkətin iri investisiya layihələri arasında “Petkim”, “Petlim”, 2018-ci ildə fəaliyyətə başlayacaq “STAR” Neft Emal Zavodu, yenə 2018-ci ildə ilk qazın nəql ediləcəyi TANAP var. Murad LeCompte investisiyaların həcminin 12.6 milyard dollara çatdığını vurğulayıb. Məlum olub ki, layihələr tamamlandıqda bu məbləğ 19.5 milyard dolları keçəcək: “Bu qədər böyük bir investisiyanın Türkiyə üçün çox əhəmiyyətli olduğunu düşünürəm”.

    Maraqlıdır, bəs Azərbaycanın ən böyük sərmayəçisi hansı xarici şirkətdir? Qeyd edək ki, bir müddət öndə prezident İlham Əliyev Azərbaycanda xarici investorlar üçün yaxşı şərait yaradıldığını demişdi.

    İqtisadçı ekspert Natiq Cəfərli Azərbaycana daha çox neft sektoru ilə bağlı investisiyaların qoyulduğunu dedi: “Azərbaycana ən böyük sərmayə yatıran şirkət BP-dir (British Petroleum). Əsrin müqaviləsində iştirak edən səkkiz xarici şirkət var ki, onların bir neçəsi də indi ”Şahdəniz 2", yəni qaz layihəsində də iştirak edirlər. Neft, böyük enerji şirkətləri Azərbaycanda ən çox investisiya qoyan şirkətlərdir. Bunun da başında Britaniya şirkətləri, o cümlədən BP gəlir. Amma təəssüf ki, real sektorda investorlar azdır. Demək olar ki, yox dərəcəsindədir. Qeyri-neft sektoruna böyük investisiyalar gəlmir və Azərbaycandakı ən böyük problemlərdən biri də məhz bundan ibarətdir. Yəni enerji sektorunda dövlətlər arası müqavilələr və anlaşmalar çərçivəsində yatırımlar olur və bu ciddi şəkildə dəstəklənir. Amma qeyri-neft sektoruna, real sektora yatırımlar demə olar ki, gəlmir. Çünki çox az miqdardadır və bu Azərbaycandakı hökumətdən də asılı olan bir məsələdir. Çox təəssüf ki, real sektora investisiyaların cəlb olunmasında ciddi problemlər var. Amma enerji sektorunda var, bundan sonra da olacaq. “Şahdəniz 2" və Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində xarici şirkətlərin Azərbaycana yenidən investisiya qoyması gözlənilir. Hətta BP ilə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinə daxil olan digər enerji şirkətləri ilə əsrin müqaviləsinin uzadılması gözlənilir. Çox güman ki, sentyabrın 20-də, yəni ”Əsrin müqaviləsi"nin bağlandığı gün ikinci bir müqavilədə bağlanacaq. Bu da əlavə investisiyalar gətirəcək. Amma bir daha təkrar edim ki, hamısı enerji sektoruna aid məsələlərdir".

    N.Cəfərli Azərbaycanda investorların az gəlmə səbəblərindən birinin hələ də Ümumdünya Ticarət Təşkilatına üzv olmamağımızda gördüyünü dedi: “Hansı sektordan asılı olmayaraq Azərbaycana xarici investorların gəlməsi çox vacibdir. Bunun üçünsə, bir neçə mühüm məsələ var ki, Azərbaycan hökuməti bunu həll etməlidir. Birincisi, artıq 20 ildir ki, danışıqlar getməsinə baxmayaraq Azərbaycan Ümumdünya Ticarət Təşkilatı”na daxil olmur, olmaq istəmir və müxtəlif bəhanələr gətirir. Bu da investorlar qarşısında duran ən böyük problemlərdən biridir. Çünki Ümumdünya Ticarət Təşkilatına üzv olan ölkələrin ümumi bir oyun qaydaları, vergi, gömrük siyasəti olur. Xarici investorlar çox maraqlıdırlar ki, beynəlxalq aləmdə təsbit olunmuş oyun qaydalarına uyğun olaraq Azərbaycanda da fəaliyyət göstərsinlər. Halbuki qonşu ölkələrin hamısı ona üzv olub. Rusiya və Qazaxıstan sonuncu üzv olan ölkələrdir. Ermənistan, Gürcüstan 2003-2004-cü ildən üzvdürlər. Amma Azərbaycan üzv olmaq istəmir. Bu da investitsialar üçün ən böyük problemlərdən, maneələrdən biridir. Digər mühüm məsələ odur ki, hər bir investor getdiyi ölkədə mülkiyyət toxunulmazlığı və məhkəmələrin işləmə prinsipini öyrənir. Bu investorlar üçün çox vacibdir. Azərbaycanda bununla da bağlı problemlər var. Mülkiyyət toxunulmazlığı ilə bağlı məhkəmələrdə işlərin baxılma sürəti və baxılma qaydası ilə bağlı problemlər var. Bütün bu instusional məsələlər də həll olunmalıdır ki, ölkəyə investisiyalar gəlsin. Yeni investisiyalar yeni iş yerləri, iqtisadiyyatın daha ciddi inkişafı deməkdir. Azərbaycanda yeni texnologiyaların, yeni elmi yanaşmaların ölkəyə gəlməsi, yeni mütəxəssislərin yetişməsi deməkdir. Təəssüf ki, biz investorların Azərbaycana yalnız neft sektorunda maraq göstərdiyini görürük".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR