AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“AZƏRİQAZ” İB-NİN BAŞ DİREKTORUNDAN NÖVBƏTİ ADDIM

  • + A
  • - A
  • 19-10-2021, 14:34


    “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev media ilə əlaqələrin daha səmərəli və daha məhsuldar qurulması üçün “Açıq qapı” aksiyasına start verir. Hər həftənin 5-ci günü saat 10:00-dan 12:00-a qədər istənilən mətbuat nümayəndəsinə, suallarına cavab almaq imkanı yaradılacaq. Burada əsas məqsəd, yanlış məlumatların cəmiyyətə inteqrasiyasının qarşısını almaq, ictimai fikrin çaşdırılmasına imkan verməməkdir.
    Baş direktor bildirib ki, dəqiqləşdirilməmiş, heç bir fakta söykənməyən xəbərlərin dövriyyəyə buraxılması olduqca təhlükəli tendensiyadır və jurnalistikanın qızıl qaydalarına tamamilə ziddir.
    “Təəccüblü olan budur ki, dezinformasiyaları dövriyyəyə buraxanlar, üstəlik buna açıqlama da istəyirlər. Və yalnış xəbərlərə verilən istənilən cavabın təhrif olunması, konteksdən çıxarılma ehtimalı da olduqca böyük olur. Nəticə etibarilə bütün bunlar yanlış təsəvvürün formalaşmasına xidmət edir”
    Artıq bu həftənin 5-ci günündən baş tutacaq “Açıq qapı” adına adekvat olaraq hər bir media nümayəndəsinin üzünə açıq olacaq.
    Məlumat üçün deyək ki, “Açıq qapı” aksiyası “Azəriqaz” İB-nin inzibati binasında təşkil olunacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR