AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“AZƏRİQAZ” İB MÜKAFATLANDIRILDI

  • + A
  • - A
  • 18-12-2021, 14:32


    “Caspian European Club” “Caspian Business Award - 2021” beynəlxalq mükafatının təqdimetmə mərasimini keçirib. “Azəriqaz” İstehsalat Birliyi "Regionların sosial inkişafına verdiyi xüsusi töhfəyə görə" mükafata layiq görülüb. Mükafat Birliyin baş direktoru Ruslan Əliyevə təqdim olunub. Göstərilən diqqətə görə təşkilatçılara minnətdarlığını bildirən “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev bildirib ki, “Azəriqaz” İB bundan sonra da sahibkarların dostu kimi münasibətlərin daha da möhkəmləndirilməsinə çalışacaq. Əlavə olaraq Ruslan Əliyev: "Birlik tərəfindən hər zaman şəhid və qazi ailələrinin müraciətlərinin həllinə necə həssaslıqla yanaşılıbsa, bundan sonra da onların qayğıları ilə daha da yaxından maraqlanacağıq"- deyə qeyd edib. Nominantlar yüksək və orta səviyyəli şirkətlərin menecerləri arasında keçirilən sorğu nəticəsində müəyyənləşdirilib.
    Qeyd edək ki, “Caspian Business Award 2021” mükafatı “İlin neft və qaz istehsalçısı” nominasiyasında SOCAR-ın “Azneft” İstehsalat Birliyi, “İlin qazma şirkəti” nominasiyasında SOCAR-ın Kompleks Qazma İşləri Tresti mükafatlandırılıb. Mükafat alanlar sırasında Azərbaycanın digər tanınmış şirkətləri də var.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR