Samir Şərifovdan manat açıqlaması
Milli valyutamız manatın məzənnəsi sabitləşib.
Trend bildirir ki, bu barədə ölkənin maliyyə naziri Samir Şərifov deyib.
"İlin əvvəlinə baxsaq, görərik ki, hətta manatın məzənnəsi bir qədər möhkəmlənib. İlin əvvəli ilə müqaisədə təxminən 3,4%-dırsa, fevral ayı ilə müqaisədə 10% möhkəmlənmə baş verib", deyə nazir qeyd edib.
S.Şərifov onu da deyib ki, manatın məzənəsinin daha da möhkəmlənməsinə təzyiqlər mövcuddur: "Bu da bir daha manata olan inamın tədricən bərpa olunmasının göstəricisidir".
Onun sözlərinə görə, cari il Azərbaycan iqtisadiyyatı üçün uğurlu bir il olub: "Cari ildə biz 2015-2016-ci illərdəki ölkə iqtisadiyyatının xarici şoklara məruz qaldığı problemlərinin həlli ilə məşğul olmuşuq, ölkənin makroiqtisadi vəziyyətinin sabitlədirilməsinə daha çox səylər göstərilib".
Samir Şərifovun sözlərinə görə, 11 ayın yekunları göstərir ki, iqtisadiyyatda sabitləşmə baş verib və ölkənin iqtisadi vəziyyəti əvvəlki illə müqaisədə daha sabitdir: "Azərbaycan hökumətinin gördüyü tədbirləri beynəlxalq maliyyə fondları tərəfindən də çox yüksək qiymətləndirilir".