AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Neftimizin qiyməti 71 dollara çatır

  • + A
  • - A
  • 24-01-2018, 13:09

    Neftimizin qiyməti 71 dollara çatır














    CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 22-də 70,94 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,97 dollar/barel çoxdur.
    Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

    FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 22-də 70,31 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,93 dollar/barel çoxdur.

    Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti yanvarın 22-də 67,83 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,94 dollar/barel çoxdur.

    Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə yanvarın 22-də 69,53 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,97 dollar/barel çoxdur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR