Brfent markalı neft ucuzlaşıb
Dünya birjasında WTI neftinin qiyməti artıb.
AZTB.info xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,19 dollar və ya 0,28% artaraq 66,34 dollar təşkil edib.
Gün ərzində WTI neftinin qiyməti 66,43 dollara qədər artıb.
ICE London qitələrarası birjasında Brent markalı neftin dəyəri isə 0,03 dollar və ya 0,04 azalaraq 70,45 dollar olub.
Gün ərzində Brent markalı neftinin qiyməti 70,39 dollara qədər azalıb.