Neftin bu günə olan qiyməti
Dünya birjalarında neftin qiyməti artıb.
AZTB.info xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,11 dollar və ya 0,17% artaraq 61,45 dollar olub.
Sutka ərzində sözügedən neftin qiyməti 60,29 dollaradək azalıb.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,48 dollar və ya 0,75% artaraq 64,56 dollar təşkil edib.
Sutka ərzində sözügedən neftin qiyməti 63,26 dollaradək azalıb.