AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ərdoğandan maraqlı təklif: “Ticarəti milli valyuta ilə həyata keçirək”

  • + A
  • - A
  • 3-09-2018, 13:03

    Ərdoğandan maraqlı təklif: “Ticarəti milli valyuta ilə həyata keçirək”















    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sammitində maraqlı təkliflə çıxış edib.
    Ərdoğan çıxışında milli valyuta ilə ticarət aparmağı təklif edib.

    “Naxçıvan müqaviləsi ilə 2009-cu ildə qurulan Türk Şurasının aradan keçən vaxt ərzində daha da güclənib. Şübhəsiz bu prosesdə türk dünyasının ağsaqqalı Nazarbayev və qardaşım İlham Əliyevin çox böyük əməyi olub”, - deyə Ərdoğan bildirib.
    Ərdoğan sözlərinə belə davam edib:

    “Bu gün bizi bir araya gətirən sadəcə dilimiz, tariximiz və mədəniyyətimiz deyil, təhlükəsiz bir gələcəyi birlikdə inşa etmək arzusudur. Şuranın BMT nəzdində müşahidəçi statusu qazanmasını da arzu edirik. Üzv ölkələrin Avropa-Atlantik okeanı qurumları ilə də əməkdaşlığını daha da artırma cəhdlərini dəstəkləyirik”.
    Son illərdə türk dünyasının iqtisadi önəminin daha da artdığını vurğulayan Ərdoğan deyib: “Orta Asiyada 70 milyon insan yaşayır. Sərmayə imkanları geniş, illik milli gəliri 350 milard dollardan çox olan bir coğrafiyadır. Ticarət həcmini yüksəltmək, potensialı daha da yaxşı dəyərləndirmək üçün yeni layihələrə ehtiyac var.

    Beynəlxalq ticarət dollardan asılıdır. Artıq bir maneəyə çevrilib. Bu məsələdə öz milli valyutalarımıza ticarəti genişləndirməyi təklif edirik. Müasir İpək Yolu layihəsinin ən vacib nöqtəsi Azərbaycanla birlikdə “Bakı-Tiflis-Qars” dəmiryolu layihəsini həyata keçirdik. Beləcə Qərbi Avropadan yola çıxan qatar Xəzər sahillərinə, oradan da Aktau limanı vasitəsilə Şanxay və Seula çatır.

    Bakı-Tiflis-Ceyhan neft kəməri və Bakı-Tiflis-Ərzurum qz kəməri layihələri əməkdaşlığın meyvəsidir”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR